atatv.az
atatv.az

Mehriban Əliyevanın tapşırığı ilə Əbülfəz Elçibəyin evi təmir edildi - FOTO

31-10-2019, 11:10

Mehriban Əliyevanın tapşırığı ilə Əbülfəz Elçibəyin evi təmir edildi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib.

Trend-in məlumatına görə, Elçibəyin oğlu Ərturqut Əliyev Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həllini tapdı və yaxın günlərdə təmir olunan evimizə yerləşəcəyik”.

Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb.

Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb.

Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək artıq təmir işlərinin başa çatdığını qeyd edib.


Mehriban Əliyevanın tapşırığı ilə Əbülfəz Elçibəyin evi təmir edildi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031