atatv.az
atatv.az

Nazirlikdən əhaliyə hava - XƏBƏRDARLIĞI - DİQQƏTLİ OLUN!

31-10-2019, 12:10

Nazirlikdən əhaliyə hava - XƏBƏRDARLIĞI - DİQQƏTLİ OLUN!

Xəbər verildiyi kimi bu gündən Azərbaycanda hava şəraiti kəskin dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən averilən məlumata görə, bu gündən Bakıda və Abşeron yarımadasında havalar qəfil soyuyub.

Belə ki, oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.


Azərbaycanın rayonlarında oktyabrın 31-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Oktyabrın 31-də Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir. Bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Qeyd edək ki, departamentdən vətəndaşlara diqqətli olmaq məsləhət olunur. Küçəyə çıxarkən qalın paltar geyinmək lazımdır. Uşaqlara xüsusi diqqət yetirilməlidir. Yaşlı və uşaqların qidalanmalarına xüsusi nəzarət olunmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930