atatv.az
atatv.az

Moskva ABŞ-Türkiyə gərginliyindən NECƏ İSTİFADƏ EDƏ BİLƏR?

1-11-2019, 09:44

Moskva ABŞ-Türkiyə gərginliyindən NECƏ İSTİFADƏ EDƏ BİLƏR?

Nümayəndələr Palatasının bu addımını Türkiyəyə qarşı daha böyük planların başlanğıcı hesab etmək olar.

Analitik Azər Rəşidoğlu Redaktor.az-a açıqlamasında ABŞ Nümayəndələr Palatasında Demokratlar partiyasının səyi nəticəsində erməni “soyqırımı”nın tanınmasından sonrakı proseslərə aydınlıq gətirib.



Analitik hesab edir ki, Nümayəndələr Palatasının qərarında Türkiyəyə qarşı qərəzli olduğunu görmək olar:

“Əslində “erməni soyqırımı”nın tanınması məsələsi hələ yanvar ayında Nümayəndələr Palatasına çıxarılmışdı, bu günə kimi baxılmırdı. Məhz indi, Türkiyənin Suriyada terror qruplaşmalarına qarşı əməliyyatı zamanı qəbul edildi. İstənilən halda, qərarın qəbulu ilə Türkiyəyə düşmənçilik mövqeyi aydın görünür. ABŞ kürd-erməni qruplaşmalarını açıq aydın Türkiyəyə qarşı qaldırır”.

A. Rəşidoğlu qeyd edib ki, bu qərarın ardınca Türkiyəyə qarşı sanksiyalar tətbiq edilə bilər:

“Nümayəndələr Palatası Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına və eyni zamanda Suriyada anti-terror əməliyyatları həyata keçirməsinə görə də, Türkiyəyə qarşı sanksiya layihəsini qəbul edib. ABŞ addım-addım Türkiyəyə qarşı siyasi kursa keçir. ABŞ İran, Türkiyə və Rusiyaya sanksiyalar tətbiq etməklə bu üç ölkənin əməkdaşlığını zəruri edir. Lakin ABŞ-ın strateji mənfəətləri baxımından uydurma “erməni soyqırımı”nı tanıması inandırıcı deyil. Vaşinqton Ankaraya qarşı müxtəlif sanksiyalar tətbiq edə bilər, lakin heç bir halda dövlət olaraq türk dünyasının qəzəbinə səbəb olacaq siyasi qərar verə bilməz”.

Analitik bildirib ki, burada məsələni Birləşmiş Ştatlarda yaşayan “erməni diasporu” ilə əlaqələndirmək də yanlış olardı:

“Türkiyə ilə yaxın tərəfdaş olan, milyonlarla türkün yaşadığı Almaniyanın uydurma “erməni soyqırımı”nı qəbul etməsi də siyasi münasibət idi və bu ölkədə yaşayan azsaylı ermənilər heç bir halda türk diasporuna üstün gələ bilməzdilər. Nə Almaniyanı, nə ABŞ-ı ermənilərin taleyi maraqlandırır. Onlar uydurma “soyqırımı” iddiası ilə Ankaraya təzyiq edirlər”.

A. Rəşidoğlu bildirib ki, “soyqırım oyunları” ilə Ankaranı zərərsizləşdirmək də mümkün olmayacaq:

“İstənilən halda Türkiyə hər kəs üçün cəlbedici tərəfdaşdır. Rəsmi Ankara tərəfindən də bu qətnaməyə qarşı müxtəlif bəyanatlar verilə bilər. Lakin Ərdoğan da Vaşinqtonla münasibətləri normallaşdırmaq niyyətindədir. Odur ki, çalışacaq ki, diplomatik yolla bu məsələ həll edilsin və qərar daha yuxarı instansiyalara qədər getməsin”.

Analitik ABŞ-Türkiyə münasibətlərinin pozulmasından Rusiyanın necə istifadə edəcəyinə də aydınlıq gətirib:

“Əslində, Rusiya Türkiyə və ABŞ münaisbətlərinin pozulmasında maraqlıdır. ABŞ həm Türkiyəyə, həm Rusiyaya sanksiyalar tətbiq edib. Bu, Ankara və Moskvanı aralıq müddətə müttəfiq edir. Lakin düşünmürəm ki, NATO üzvü Türkiyəni ABŞ asanlıqla Rusiyaya təhvil versin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930