atatv.az
atatv.az

Bakıda azyaşlılara siqaret və içki satan satıcı cəzalandırıldı

1-11-2019, 12:42

Bakıda azyaşlılara siqaret və içki satan satıcı cəzalandırıldı

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Atatv.az teleqraf.com-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin mağazanın satıcısı V.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

​Bu istiqamətdə reydlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930