atatv.az
atatv.az

Gülalıyev yenə başqa xəstəxanaya köçürüldü

1-11-2019, 15:46

Gülalıyev yenə başqa xəstəxanaya köçürüldü

Oktyabrın 29-da piyada xəttindən keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, O.Güləliyev əməliyyat oldunduğu "City Hospital”dan çıxarılaraq Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Onun səhhəti ilə bağlı belə bir qərarı həkimlər veriblər. O. Gülalıyevin müalicəsi bundan sonra NX-da davam etdiriləcək.

"City Hospital”dan əvvəl isə hüquqşünas 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə alırdı.



Qeyd edək ki, O. Gülalıyevin düşdüyü qəza 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai” markalı avtomobilin sürücüsü Kənan Abdullayev tərəfindən törədilib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930