atatv.az
atatv.az

Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb.

1-11-2019, 16:35

Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb.


AtaTv.az a daxil olan məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qobustan rayonunun kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. Bu tədbirlər çərçivəsində rayonun Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

Sündü kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Kənddə əhali tərəfindən çəkilmiş su xətləri istismar tələblərinə cavab vermirdi. Kəndin yeni yaşayış massivində isə sakinlər su içməli suya olan tələbatlarını uzaq məsəfələrdən daşımaqla ödəyirdilər.

Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndinin yeni yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yaradılır. Layihəyə əsasən, sakinlərə içməli su kəndin yaxınlığındakı mövcud bulaqlardan veriləcək. Bu məqsədlə su mənbəyində yeni nasos quraşdırılacaq, 50 kubmetr tutumlu toplayıcı su anbarı və 3,5 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri təmir ediləcək. Mənbədən götürülən su kəndin relyef baxımından yüksək hissəsində yerləşən və hər birinin tutumu 50 kubmetr olan 2 su anbarına vurularaq özüaxımlı rejimdə yeni tikilmiş şəbəkəyə paylanacaq. Layihə çərçivəsində kənddə ümumi uzunluğu 5,7 km olan magistral və paylayıcı su xətləri inşa edilir. Yeni şəbəkədən 150 fərdi evə birləşmə verilərək sayğac quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Yeni layihənin icrasından kəndin 1000-dək sakini faydalanacaq. Qeyd edək ki, bu yaxınlarda Qobustan rayonunun daha 3 kəndində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirilib. Rayonun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində hər birinin tutumu 50 kubmetr olan 3 ədəd su anbarı, ümumi uzunluğu 17 km olan paylayıcı su şəbəkələri inşa edilib. Yeni şəbəkələrdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılıb. Bununla da 4 minədək sakinin içməli su problemi həll edilib.

Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb.
Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb.
Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb.
Sündü kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfində layihə hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işlərinə başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930