atatv.az
atatv.az

“WhatsApp”da möhtəşəm yenilik

2-11-2019, 10:54

“WhatsApp”da möhtəşəm yenilik

"WhatsApp” messencerinin Android” üçün son yeniləməsində proqramın bloklanması funksiyası əlçatan olub.

BAKU.WS "ICTnews”a istinadən xəbər verir ki, yenilik sayəsində messencerin işə salınması üçün yenidən barmaq izindən istifadə etmək lazım olacaq. Bu, mesajları kənar şəxslərdən qorumağa kömək edəcək.

"WhatsApp” messencerinin barmaq izinə görə, blokdan çıxarılmasını aktivləşdirmək üçün aşağıdakı ardıcıllıqdan istifadə etmək lazımdır: Proqram sazlaması → Hesab → Məxfilik → Barmaq izinə görə bloklama.


Bu menyuda, həmçinin proqramın avtomatik bloklanacağı vaxtı seçmək mümkündür. Eyni zamanda kənar şəxslərin təsadüfən mesajları görməsinin qarşısını almaq üçün bildirişlərdə mesajların məzmununu deaktiv etmək olar.

Xatırladaq ki, belə funksiya "WhatsApp” messencerinin "iOS” üçün versiyasında ilin əvvəlində istifadəyə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930