atatv.az
atatv.az

Premyer Liqa: "Zirə" "Sumqayıt"la, "Qəbələ" "Sabah"la qarşılaşacaq

3-11-2019, 08:54

Premyer Liqa: "Zirə" "Sumqayıt"la, "Qəbələ" "Sabah"la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun son 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, bu dəfə turnir cədvəlinin aşağı "4-lüy"ündəki komandalar üz-üzə gələcək.

Əvvəlcə gənc referi Səbuhi Bayramovun idarəçiliyi ilə "Zirə" və "Sumqayıt" arasında oyun keçiriləcək. Qeyri-sabit oyun sərgiləyən komandalardan hansı qələbə qazansa, 11 xalı olan "Səbail"i də arxada qoyaraq, 4-cü pilləyə yüksələcək. Heç-heçə təqdirində isə onlar əvvəlki mövqelərində qalacaqlar. Hazırda "Sumqayıt" 10 xalla 5-ci, "Zirə" 9 xalla 6-cıdır.

Bu, iki komandanın 18-ci matçı olacaq. Əvvəlki qarşılaşmaların 10-da "Zirə", 4-də "Sumqayıt" qələbə qazanıb, 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də qəsəbə təmsilçisi öndədir - 23:13. “Zirə” son 4 görüşdə qələbə qazanıb. “Sumqayıt” isə səfərdə 5 matçdır qalib gəlmir.

Tura Qəbələ şəhər stadionunda eyniadlı komanda və "Sabah" arasındakı görüşlə yekun vurulacaq. Hazırda 6 xalla sonuncu yerdə gedən "Qəbələ" özündən bir xal öndəki rəqibindən elə bir pillə geri qalır. "Qırmızı-qaralar" bu mövsüm yeganə qələbəni ilk dövrədə məhz "Sabah" üzərində qazanıb - 1:0.

Bu, iki komandanın 6-cı qarşılaşması olacaq. Əvvəlki görüşlərin 3-də “Qəbələ”, 1-də “Sabah” qalib gəlib, daha 1 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbəti 4:2

əyalət təmsilçisinin xeyrinədir. “Qəbələ” 4 oyundur uduzmur və 3 matçdır qol buraxmır. “Sabah” isə səfərdə qalib gəlməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930