atatv.az
atatv.az

Türkiyə ordusu PKK/YPG terrorçularına sarsıdıcı zərbələr endirib

4-11-2019, 08:33

Türkiyə ordusu PKK/YPG terrorçularına sarsıdıcı zərbələr endirib

Əməliyyatlar zamanı 410 nəfər saxlanılıb



Türkiyənin təhlükəsizlik qüvvələri ötən ay PKK terror təşkilatına və onun Suriya qanadı YPG-yə güclü zərbələr endirib.



Atatv.az "Report"a istinadən xəbər ki, Türkiyə və onun hüdudları xaricində terrorçuluğa qarşı əməliyyatların gedişatında oktyabrın 1-dən 31-dək PKK/YPG-nin 1090 terrorçusu zərərsizləşdirilib.



Əməliyyatlar zamanı PKK-ya kömək etməkdə şübhəli bilinən 410 nəfər saxlanılıb. Onlardan 212 nəfəri həbs edilib. Həbs edilənlər arasında bir sıra rayonların HDP-ni təmsil edən bələdiyyə başçıları da var.



Sərhədyanı yaşayış məntəqələrini atəşə tutulması nəticəsində və Suriyada YPG/PKK terrorçuları ilə toqquşmalarda Türkiyə təhlükəsizlik qüvvələrinin 16 əməkdaşı, həmçinin 21 dinc sakin həlak olub. Onların arasında uşaqlar da var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930