atatv.az
atatv.az

"Qarabağ"a mütləq qalib gəlməliyik" - APOEL-in futbolçusu

4-11-2019, 12:58

"Qarabağ"a mütləq qalib gəlməliyik" - APOEL-in futbolçusu
"Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq. Hücumu yaxşı sonluqla tamamlaya bilmirik, səhvlərə yol veririk".

Qol.az xəbər verir ki, bu sözlər APOEL-in yarımmüdafiəçisi Andre Vidiqal Kipr çempionatının son turunda AEK-lə görüşdən (0:0) sonra deyib.

Portuqaliyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçiriləcək oyuna da toxunub. O, Ağdam klubuna mütləq qalib gəlməli olduqlarını bildirib: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Yolumuza davam edirik. Avropa Liqasında vacib oyunumuz olacaq. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, "Qarabağ"a mütləq qalib gəlməliyik".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930