atatv.az
atatv.az

Ayfon və Aypəd sahiblərinə xəbərdarlıq

4-11-2019, 13:07

Ayfon və Aypəd sahiblərinə xəbərdarlıq

“Əpl” şirkəti köhnə Ayfon və Aypəd modellərinin sahiblərinə tezliklə internet və yer təyin etmə sistemlərində problemlərin yaşana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, şirkət problemlə üzləşməmək üçün istifadəçilərinə ən son proqram təminatını quraşdırmağı tövsiyə edib. Bu, 2012-ci ildən əvvəl istehsal edilən məhsullara aid edilib.

Problemlər (GPS vaxtının dəyişdirilməsi ilə bağlı) bazar ertəsi Bakı vaxtı ilə 04:00-dan etibarən müşahidə oluna bilər.

Şirkətdən bildirilib ki, proqram təminatını yeniləməyən Ayfon-5 istifadəçiləri Əpl Stor, Ayklod, elektron poçt və brauzerə girişi itirə bilər. Çünki bu cür imkanların hər biri vaxt və tarixdən asılı rejimdə çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930