atatv.az
atatv.az

Gəncənin də təmsil olunduğu “2019 - CICA şəhər merlərərinin Zirvə Toplantısı yekunlaşıb

5-11-2019, 11:00

Gəncənin də təmsil olunduğu “2019 - CICA şəhər merlərərinin Zirvə Toplantısı yekunlaşıb


Cənubi Koreyanın Qvanqju şəhərində keçirilən “2019 - CICA (Yaradıcı İnnovativ Şəhərlər İttifaqı) şəhər merlərərinin Zirvə Toplantısı yekunlaşıb. “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” mövzusu ətrafında təşkil olunan Zirvə Toplantısında Avropa və Asiyanın 15 müxtəlif şəhərindən dəvət olunmuş nümayəndə heyətləri, Azərbaycanın Cənubi Koreyadakı Fövqəladə və səlahiyyətli səfiri cənab Rəmzi Teymurov, eyni zamanda səfirliyin əməkdaşları və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Zirvə toplantısının sonuncu günü Azərbaycan Respublikası, xüsusən də Gəncə şəhəri üçün yadda qalan olub. “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” və "Yaradıcı-innovasiya şəhərləri üçün beynəlxalq əməkdaşlıq" mövzularında aparılan müzakirələr zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın milli brendi olan “ASAN xidmət”dən söz açaraq, onun yaradılması tarixçəsi, inkişafı, həyata keçirilən xidmət növləri və vətəndaş məmnunluğunun əldə olunması istiqamətində qazanılmış nəaliyyətlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib. Niyazi Bayramov Asiyadan və Avropadan olan həmkarlarının diqqətinə onu da çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu bu qurum, dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni və innovativ yanaşma olmaqla kifayət qədər diqqəti cəlb edə bilib. Çıxış zamanı verilən məlumatlar böyük marağa səbəb olub və toplantı iştirakçıları tərəfindən qəbul olunacaq Bəyannamə üzrə “ASAN xidmət” layihəsinin öyrənilməsinin vacibliyi qeyd edilib.

Zirvə Toplantısının sonunda “Şəhərlərin uğurlu təcrübələrini bir-biri ilə bölüşməsinə dair” Bəyannamə qəbul edilib.
AtaTv.az
Gəncənin də təmsil olunduğu “2019 - CICA şəhər merlərərinin Zirvə Toplantısı yekunlaşıb
Gəncənin də təmsil olunduğu “2019 - CICA şəhər merlərərinin Zirvə Toplantısı yekunlaşıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930