atatv.az
atatv.az

Çempionlar Liqası: Almaniya və İngiltərədə vacib görüşlər

5-11-2019, 12:03

Çempionlar Liqası: Almaniya və İngiltərədə vacib görüşlər

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start veriləcək.

Oxu.Az xəbər verir ki, III turda üzləşən komandalar bu dəfə yenidən qarşılaşacaqlar.

Gecənin maraqla gözlənilən matçı Almaniyanın Dortmund şəhərində olacaq. Burada “Borussiya” Milan “İnter”ini qəbul edəcək. Görüş qrup ikincisini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Hazırda hər iki komanda eyni xala malikdir. Milandakı görüşdə İtaliya klubu 2:0 qalib gəldiyindən şəxsi göstəricidə üstünlüyə malikdir.

Həmçinin, Londonda baş tutacaq “Çelsi” – “Ayaks” oyunu eyni dərəcədə maraq daşıyacaq. Çünki eyni xala malik iki komanda, böyük ehtimalla, bu görüşlə qrup liderini müəyyənləşdirəcək. Amsterdamda baş tutan ilk matçda “Çelsi” 1:0 qalib gəldiyindən, İngiltərə təmsilçisi hazırda üstündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930