atatv.az
atatv.az

Göyçayda möhtəşəm Nar festivalı keçiriləcək

6-11-2019, 11:21

Göyçayda möhtəşəm Nar festivalı keçiriləcək

9-10 noyabr tarixində Göyçay Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Aznar” şirkətinin baş sponsorluğu ilə Nar festivalı və “Aznar” şirkətinin 50 illik yubileyi keçiriləcək.

Şəhərin mərkəzində təşkil olunacaq festivalda müxtəlif nar növlərindən hazırlanmış təamlar, şirniyyatlar, nar şirələri, şərablar nümayiş olunacaq. Ziyarətçilər nardan hazırlanmış təamların dadına baxmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı festival çərçivəsində qonaqlar rəssamların əl işlərindən ibarət sərgi ilə yaxından tanış olacaqlar. Festival çərçivəsində musiqili proqram, rəqs qruplarının çıxışları gözlənilir. Nar festivalında əyləncəli müsabiqələr də keçiriləcək. Ziyarətçilər həmin müsabiqələrdə iştirak edərək qalib olmaq şansı qazanacaqlar.

Günün sonunda isə “Aznar” şirkətinin 50 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert baş tutacaq. Festival atəşfəşanlıqla başa çatacaq.

Qeyd edək ki, Nar festivalı 2006-cı ildən etibarən hər il keçirilir. Festivalda hər il 15 mindən çox insan iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930