atatv.az
atatv.az

Azərbaycanda kriptovalyutadan istifadə maliyyə əməliyyatlarını asanlaşdıracaq

6-11-2019, 15:23

Azərbaycanda kriptovalyutadan istifadə maliyyə əməliyyatlarını asanlaşdıracaq

Azərbaycanda kriptovalyutadan istifadə edilməsinin müxtəlif maliyyə əməliyyatlarını asanlaşdırmasına və daha sərfəli olmasına gətirib çıxaracağını təbliğ edirik.

Atatv.az-ın məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən "Cross" şirkətinin baş meneceri Entoni Knod deyib.

Onun sözlərinə görə, ilk növbədə bu sahədə uğur əldə etmək üçün "Müştərini tanı" sistemini tətbiq etmək lazımdır.

E. Knod əlavə edib ki, bu sistemin əsas funksiyası birjada cinayət fəaliyyətinin aşkarlanması və çirkli pulların yuyulmasının qarşısını almaqdır: “Azərbaycanda bu sistemin uğur qazanacağına əminik”.

Qeyd edək ki, “Cross” şirkəti kriptovalyutaların mayninqi ilə məşğul olur.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930