atatv.az
atatv.az

Qorxmaz Hüseynov Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

8-11-2019, 14:36

Qorxmaz Hüseynov Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Atatv.az a daxil olan məlumata görə Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 15 noyabr 2019-cu il tarixində Mingəçevir şəhərində Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edəcək. 18 noyabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab şəhərində Zərdab və Bərdə rayonlarının sakinləri ilə görüşəcək. 19 noyabr 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarının sakinlərini qəbul edəcək.

Mingəçevir və Zərdab şəhərlərində qəbullar Heydər Əliyev mərkəzlərində, Kürdəmir şəhərində isə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Mingəçevir, Yevlax, Zərdab, Bərdə, Kürdəmir və Ucar sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930