atatv.az
atatv.az

Oqtay Gülalıyev suni nəfəs aparatından ayrılıb

8-11-2019, 16:22

Oqtay Gülalıyev suni nəfəs aparatından ayrılıb

Atam koma vəziyyətindədir

Hüquq müdafiəçisi Oqtay Gülalıyev süni nəfəs aparatından ayrılıb.

Sonxeber.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülaliyev məlumat verib:

"Atanın durumu hələ də ağırdır. Suni nəfəs aparatından çıxarılmasına baxmayaraq koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair soz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəlləyiş yoxdur".

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-da 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da onun üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930