atatv.az
atatv.az

Bibisini qısqanclıq zəminində öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

9-11-2019, 12:39

Bibisini qısqanclıq zəminində öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Gəncə Ağır Cinayətlər Məhkəməsində bibisini qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Ayxan Zamanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA -nın məlumatına görə, Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Şəmkir rayonunun Səttarxan küçəsi 21 ünvanında qeydə alınıb. Belə ki, Ayxan Zamanov yaşadıqları evin həyətindəki hamamda bibisi, bir uşaq anası olan Aynurə Zamanovaya mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirib, daha sonra isə onun boğazını kəsib. Qadının meyiti hadisədən bir müddət sonra hamamda aşkar edilib. Aparılan ilkin əməliyyat-istintaq tədbirləri nəticəsində Ayxan Zamanov saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930