atatv.az
atatv.az

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi: Tutulan var

9-11-2019, 14:20

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi: Tutulan var



Bakıda keçmiş məhkumda heroin və saxta əskinas aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan yeddi ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930