atatv.az
atatv.az

Lukaşenko son 3 ildə ilk dəfə Avropa ölkəsinə gedəcək

11-11-2019, 10:22

Lukaşenko son 3 ildə ilk dəfə Avropa ölkəsinə gedəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə səfərə hazırlaşır.

APA -nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu, Lukaşenkonun 2016-cı ildən bəri Aİ ölkəsinə etdiyi ilk səfəri olacaq.

Lukashenko 11 noyabrda Avstriyaya gedəcək. Noyabrın 12-nə qədər isə bu ölkədə qalacaq.

Bundan əvvəl Belarus rəhbəri 1996-cı ildə Avstriyaya səfər etmiş, burada Çernobıl problemlərinə dair beynəlxalq konfransda iştirak etmişdi. 2002-ci ildə Avstriya Olimpiya Komitəsi prezidentinin dəvəti ilə bu ölkədə olub.

Qeyd etmək lazımdır ki, Lukaşenko uzun müddət Belarusu tərk etməyib və ona qarşı tətbiq olunan sanksiyalar səbəbindən AB-yə işgüzar səfərlərə getməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031