atatv.az
atatv.az

İcra başçısı təyin olunan deputatdan ilk AÇIQLAMA

12-11-2019, 14:18

İcra başçısı təyin olunan deputatdan ilk AÇIQLAMA

"İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab prezidentimizə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”.

Atatv.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşad Həsənov deyib. Yeni icra başçısı bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz:
"İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünüz izləyəcəksiz. Əlimdən gələni əsirgəməməyə çalışacam. Bu təyinata görə bir daha dövlət başçımıza minnətdarlığımı bildirirəm. Mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”.

Qeyd edək ki, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Elşad Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930