atatv.az
atatv.az

Ölkəyə qeyri-qanuni gətirilən siqaretlər ələ keçirildi

13-11-2019, 21:45

Ölkəyə qeyri-qanuni gətirilən siqaretlər ələ keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-dan Oxu.Az-a verilən məlumata görə, Kiyev-Bakı aviareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı həmin sərnişinlərdən siqaretləri qəbul edib və hava limanının qarşısındakı “Kia Optima” markalı avtomobilə yığarkən saxlanılıb.

Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerindəki iki ədəd sellofan paketdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 14000 ədəd “HEETS” və 600 ədəd “Parliament Silver Blue” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031