atatv.az
atatv.az

Bu il 934 şəhid ailəsinə və əlilə mənzil veriləcək

13-11-2019, 21:49

Bu il 934 şəhid ailəsinə və əlilə mənzil veriləcək

"Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzil təminatı həm səlahiyyət, həm də məsuliyyət olaraq yerli icra hakimiyyətlərindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı cənab prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb”.

Anews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib. O bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran insanların adlı siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq, nazirliyə təqdim edilib.

S.Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək:

"Cari ilin sonuna gözləntimiz təxminən növbədə qalan 3 min insanın mənzil təminatı ehtiyacının olmasına dairdir. Növbəti il bu proqram daha da genişləndirilərək, həyata keçiriləcək. Cənab Prezidentin niyyəti 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatını tam şəkildə həll edilməsindən ibarətdir”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031