atatv.az
atatv.az

"Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil" - İradə İbrahimova

15-11-2019, 12:43

"Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil" - İradə İbrahimova

Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə tənqid yazan insanlardan yazıb.

Lent.az -ın məlumatına görə, ifaçının statusunda bunları bildirib:

"Yaşadıqlarımdan, öyrəndiklərimdən, Allah dostlarından mənə qalanlar, hamımızın, bütün insanların üstündə bir az kir, toz var. Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil. İnsanların çox yaxşı olduğuna və qüsursuzluğuna, əsla aldanma, yaxud özünü aldatmağa səbəb axtarma.

Hardan başlayacağını bilmədiyin zərif ruhunu başa düşürəm, amma bunun üçün heç bir addım, səy göstərmədiyini başa düşə bilmirəm", - deyir, bir kitabda. Əslində sənə yol xəritəsi, qiblənüma çoxdur, yetər ki, görmək istə.

Oxumaq, araşdırmaq və yaşamaq... Bu üç amillə etdiyin axtarışların hamısı yolundur. Kirini, tozunu, pasını atmaq istəyirsənsə, ürəkli olmalısan. Olanı yoxa saymayacaq, olmayanı var saymayacaqsan. Cəsarət üzləşmək, razı olmaq istər. Ürəyinə ağrı çəkdirmə. Ağlına, şüuruna çəkdir ağrını. Ürəyin hər zaman ağrıyacaq, sən şüurunu dinlə.

İndi get bir güzgüyə diqqətlə, cəsarətini topla və bax. Siz bu güzgü məsələsini səhv başa düşməyin. güzgünü başqalarına tutmaq rahatdır, bir də özünə tut. Başqasında qüsur, ayıb axtarmaq asandır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031