atatv.az
atatv.az

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib

18-11-2019, 10:24

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib

"Sarı gödəkçələr" etiraz hərəkatının tərəfdarları noyabrın 18-i Fransanın şəhərlərində yenidən küçələrə çıxıblar.

Atatv.az Trend-ə istinadən bildirir ki, oyabrın 17-si Fransa paytaxtında baş verən iğtişaşlara nisbətən bazar günü aksiyaları daha sakit şəraitdə keçıb.

Paytaxt polisinin prefekturası öz "Twitter" səhifəsində verdiyi xəbərə görə, bazar günü nümayiş yerlərində 31 nəfər saxlanılıb, 1,6 mindən çox nəfərin şəxsi əşyalarında axtarış aparılıb. Bu, şənbə günü ölkə ərazisində 264 nəfərin, onlardan 173 nəfərinin Parisdə saxlanıldığından xeyli azdır.

Yerli vaxtla 20:00-da polis, noyabrın 17-si səkkiz azyaşlı uşaq da daxil olmaqla 169 saxlanılanın nəzarət altında qaldığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031