atatv.az
atatv.az

Zamirə Ədilovaya vəzifə verildi

18-11-2019, 16:18

Zamirə Ədilovaya vəzifə verildi

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Modern.az xəbər verir ki, rektor Elmar Qasımovun əmri ilə bu vəzifəyə Zamirə Ədilova gətirilib. O, 14 noyabr tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə "525-ci qəzet”də başlayıb.

Daha sonra uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub.

2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə "Fəxri Fərman”larla təltif olunub. "İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031