atatv.az
atatv.az

Ayan Xatunun CAVABINI VERDİ: "Hünəri yoxdur..."

18-11-2019, 19:34

Ayan Xatunun CAVABINI VERDİ: "Hünəri yoxdur..."

Müğənni Xatun Əliyevanın həmkarı Ayan Babakişiyea barədə dediyi sözlər cavabsız qalmayıb.

Lent.az -ın məlumatına görə, Ayan “Hər şey daxil” verilişində Xatuna cavab verib:

“Ümumiyyətlə, belə bir şey olmayıb. Mənim qulağıma kimsə gəlib nəsə deyə bilməz. Dəfələrlə öz mədəniyyətimi, tərbiyəmi, hörmətimi, gücümü sübut etmişəm. Bu barədə danışmaq istəmirdim. Əgər söz deyirdisə, açıq-aydın desin. Heç kimin hünəri yoxdur ki, mənə nəsə də desin. Düz deyir, Xatun məndən böyükdür, ona uğurlar”.

Qeyd edək ki, Xatun “ATV maqazin onlarla” verilişində Ayan barədə bu sözləri demişdi:

“Ayanın pis cəhəti odur ki, böyük-kiçik yeri bilmir. Mən ondan neçə bayram böyüyəm. O, özünü elə aparır ki, guya tay-tuşuq. Mən söz götürən adam deyiləm. Söz götürən olsaydım, ərə gedərdim, ərimin sözünü götürərdim. Ona dedim ki, səni bilirsən nə edərəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031