atatv.az
atatv.az

Türkiyə Prezidenti: “Bağdadinin qohumlarından vacib kəşfiyyat məlumatları əldə edilib”

19-11-2019, 16:08

Türkiyə Prezidenti: “Bağdadinin qohumlarından vacib kəşfiyyat məlumatları əldə edilib”
“Heç kimə sirr deyil ki, Türkiyə-ABŞ münasibətləri özünün çətin dövrünü yaşayır”.
Atatv.az xəbər verir ki, NTV telekanalının verdiyi məlimata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup iclasında çıxışı zamanı deyib.

Məqsədlərinin bu çətin dövrü arxada qoymaq olduğunu bildirən Türkiyə Prezidentinin sözlərinə görə, regionda və dünyada baş verənlər ABŞ-la Türkiyənin münasibətlərinin yaxın olmağını şərtləndirir: “Aramızdakı çətinliklər süni olaraq böyüdülüb. İki ölkə arasında münasibətləri pozmağa yönəlmiş cəhdlərin əsl mahiyyətini ən yaxşı ABŞ Prezidenti Donald Tramp görür. O, Türkiyə-ABŞ münasibətlərinin pisləşməməsi üçün təşəbbüs göstərir”.

Ərdoğan iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmaqda qətiyyətli olduqlarını da vurğulayıb.

“S-400 məsələsində həll yollarının axtarılması ilə də bağlı müzakirələr apardıq. Tramp da bu məsələdə bizə haqq verir. Ona Türkiyənin bu məsələdə geri addım atmayacağını bildirdim”, - deyə Türkiyə Prezidenti qeyd edib.

O bildirib ki, İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin saxlanılan qohumlarından çox vacib kəşfiyyat məlumatları əldə edilib.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031