atatv.az
atatv.az

Azərbaycanlı müğənnilər belə VARLANIRMIŞ - O saxtakarlıq ifşa olundu... / ARAŞDIRMA

20-11-2019, 14:38

Azərbaycanlı müğənnilər belə VARLANIRMIŞ - O saxtakarlıq ifşa olundu... / ARAŞDIRMA



Azərbaycanda vergidən yayınanlar arasında şou-biznes nümayəndələri üstünlük təşkil edir.

Redaktor.az xəbər verir ki, məşhurlar vaxtaşırı mediaya müsahibələrində və “İnstagram”da toy qiymətlərini açıqlayırlar. Reklam kimi istifadə olunan bu rəqəmlər göz qamaşdırır. Bəs, onlar qazandıqlarından nə qədər vergi ödəyirlər?

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev müğənnilərin dövlətə vergi ödəmələri ilə bağlı maraqlı bir məsələyə toxunub. O, parlamentin plenar iclasında bildirib ki, elə müğənnilər var ki, 10-14 min manata toya gedir, lakin vergi ödəmirlər:

“30 manat vergi onlar üçün necə sadələşdirilmiş vergi ola bilər ki? Biz çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu, nə dərəcədə ədalətli vergi sistemidir?”.

Bu insanların dövriyyəsinə nəzarət etmək çox çətindir. Faktiki olaraq hər hansı ticarət mərkəzinə kassa və ya bir neçə kamera quraşdırılır. Amma müğənninin fəaliyyətini izləmək üçün texniki vasitə mümkün deyil.

Vergilər Nazirliyi isə şou-biznesi təmsil edən vergiödəyicilərinin vergidən necə yayınmasını müəyyən edə bilib:

“Şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləği arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Əsas problem isə bu təbəqədən olan vergiödəyicilərin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan "Qeydiyyat kitabı"nda düzgün əks etdirməmələridir. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda "Qeydiyyat kitabı"nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi "kitab"a salınır", - deyə Vergilə Nazirliyindən bildirilib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə müğənnilərin düzgün vergi ödəmələri üçün yaxın vaxtlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılacağını deyib.

Redaktor.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031