atatv.az
atatv.az

Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi

20-11-2019, 17:23


Müasir tariximizə Qarakənd faciəsi adı ilə yazılan, Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimlərinin də olduğu vertoloyotun ermənilər tərəfindən atəşə tutulumasından, artıq 28 illik bir tarixi zamanı arxada qoyduq. Baş verən faciə nəticəsində 22 nəfər şəxs həlak olmuşdu. 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər- Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev və digərləri həlak olurlar. İlk əvvəl vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, çox keçmədi ki, onun vurulması faktı təsdiqləndi. Həmin vaxtdan 28 il keçməsinə baxmayaraq, müəyyən iddialara görə həmin hadisə ilə bağlı bəzi qaranlıq məqamlara hələ də tam şəkildə aydınlıq gətirilməyib. Yəni, bu gün də hər kəsi düşündürən bir məsələ var. Görəsən səbəb nə olur ki, bu qədər dövlət rəsmisi eyni zamanda bir vertolyota minirlər? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi vertolyot müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirlər?
Bu gün Qarakənd faciəsi ilə bağlı keçirilən anım tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibov Fəxri Xiyabana gəlir və ora toplaşan hər kəslə səmimi salamlaşdıqdan sonra, media nümayəndələrinin faciənin hansı səbəbdən baş verməsi ilə bağlı suallarını cavablandırır. Belə ki, o, ünvanlanmış suallara cavabında qeyd edir: “Faciənin sifarişçisinin kim olması haqda nəsə deyə bilməyəcəyəm. Amma faciənin baş verməsi, əslində dövlətçiliyimizə vurulan zərbə olmaqla bağlı, əvvəlcədən planlaşdırılmış addım idi. Düzdür, həmin vaxt ölkə rəhbəri mən idim, ona görə də mənim üzərimə böyük məsuliyyət yükü düşür. Onu da unutmaq olmaz ki, həmin illərdə ab-hava fərqli, proseslərin sürətlə getdiyi bir dövr idi. İndiyə qədər baş verən faciəyə hüquqi qiymət verilməsə də, bu gün zamanıdır, həm də bunu zamanın özü tələb edir. Qarakənd faciəsi beynəlxalq məsələlərlə bağlı bir işdir, inanıram ki, əlimiz ona da çatacaq və faciəyə hüquqi qiymət veriləcək. Hər kəs də baş verən faciə ilə bağlı yetərincə məlumat əldə edəcək”.
Baş verən faciə ilə bağlı yayılan məlumatlarda o da iddia olunur ki, vertolyotun vurulması haqda məlumat Qarabağda olan sovet silahlı qüvvələrinin komandanlığına bəlli imiş. O zaman Qarabağ ərazilərində ən çox istifadə olunan silah, məhz təyyarəvuran zenit raketləri və eyninövlü “Alazan” raketləri olur. Ümumiyyətlə, istilik raketlərindən heç bir halda istifadə olunmur. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin “yanması”da, birbaşa qaranlıq məsələlərin varlığından xəbər verir.
Əslində, baş verən terror aktı erməni separatçılarının iç üzünü açdı və onların terrorçuluq əməllərinin mahiyyətini bir daha sübuta yetirdi. Baş verən aviaqəza ilə bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılsa da, artıq cinayət işi üzrə istintaq tam şəkildə dayandırılıb. Buna da əsas səbəb, terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olması faktının varlığıdır.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olur ki, onlar aşağıda adlarını çəkdiyimiz və qeyd olunan vəzifələri daşıyan şəxslər olurlar.
Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi,
İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror,
Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri,
Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini,
Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili,
Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili,
Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri,
Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini,
İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru,
Vladimir Vladimiroviç Kovalyov-DQMV Daxili İşlər İdarəsinin rəisi,
Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi,
Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı,
Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini,
Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru,
Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant,
Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi,
Alı Mustafa oğlu Mustafayev – telejurnalist,
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı,
Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator,
Vyaçeslav Vladimiroviç Kotov - helikopter heyətinin komandiri,
Gennadi Vladimiroviç Domov - helikopter heyətinin üzvü,
Dmitri Borisoviç Yarovenko - helikopter heyətinin üzvü
Bəli, baş verən faciə xalqımızın heç zaman unuda bilməyəcəyi faciələrdən biridir. Çünki, bu faciə nəticəsində neçə-neçə tanınmış simalar, görkəmli dövlət və ictimai-siyasi xadimlər dünyalarını dəyişdilər. Bu gün Azərbaycan Respublikasının ilk prezidenti olmuş hörmətli Ayaz Mütəllibov, faciə qurbanlarının xatirəsini bir daha yad etdi, onların ruhlarına dualar oxuyub, məzarları önünə gül dəstəsi qoydu. Əslində belə bir addımın atılması onu sübut edir ki, respublikamızda müəyyən müddət ərzində rəhbərliyi həyata keçirmiş Ayaz Mütəllibov, bu gün də xalqını sevir, ona bağlı olduğunu ortaya qoyur, xalqının hər faciəsinə acıdığını, tariximizi unutmadığını, gələcək nəsllərin də belə bir addımlar atmaları üçün, hər kəsə örnək ola biləcəyini ortaya qoydu. Bəli, zaman keçəcək, illər bir-birini əvəzləyəcək, o halda hər kəsə Ayaz Mütəllibov böyüklüyü, uzaqgörənliyi və müdrikliyi bəlli olacaq. Çünki, illər keçdikcə tarixin “qara ləkə”ləri müəyyən qədər olsa belə açılır, hər kəs lazım olduğu qiymətini alır. Bu gün də bir tarixdir və baş verən hər bir hadisə, atılan hər bir addım tariximizə yazılır. Belə bir yanaşmanın ortaya qoyulması onu sübut edir ki, məğrur xalqımız qürurlu iradəsi ilə, bundan sonra da öz qətiyyətini bir daha ortaya qoyacaq. Ən əsası isə, atılan addım ermənilərə nifrət hissini artırmağa, ötən tariximizi unutmamağa edilmiş çağırışdır.
Rasafil BAYRAMOV
AtaTv.az xəbər portalının rəhbəri

Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi
Ayaz Mütəllibov Qarakənd faciəsini bir daha yad etdi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031