atatv.az
atatv.az

Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış HAZIRLANIB

22-11-2019, 14:28

Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış HAZIRLANIB

“Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlamışıq”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, bu problemlər bir gün ərzində yaranmır:

“Bundan əvvəl qadına qarşı zorakılıq hallarını ailədə bilirlər. Ona görə də aidiyyatı qurumlar reaksiya verməlidir. Vaxtında qadına dəstək verilsə, elə hallar olmaz”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün əsas problemlərdən biri də sığınacaqların olmamasıdır:

“Bizim sığınacaqlar yoxdur ki, zəruri halda uşaqları yerləşdirək. Hansısa müddət o uşaqlar həmin sığınacaqlarda yerləşdirilə, onlara sosial işçilər, psixoloqlar dəstək verə bilər. Dünya ölkələrində elə sığınacaqlar bələdiyyələr tərəfindən yaradılır”.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031