atatv.az
atatv.az

BDU-nun ölən tələbəsinin fotosu yayıldı

22-11-2019, 14:52

BDU-nun ölən tələbəsinin fotosu yayıldı
Bakı Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova dünən zəhərlənərək həyatını itirən Xasmətova Şəkər Faiq qızının fotosunu paylaşıb.

Lent.az xəbər verir ki, o, paylaşımında universitetin müəllim kollektivinin dərindən kədərləndirdiyini də bildirib:

“Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirib. Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar. Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi. Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsaşlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031