atatv.az
atatv.az

Vladimir Putin "Dostluq" ordenini Mehriban Əliyevaya təqdim etdi

23-11-2019, 10:52

Vladimir Putin "Dostluq" ordenini Mehriban Əliyevaya təqdim etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, görüşdə Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya iki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə bir müddət öncə təltif olunduğu "Dostluq" ordeni də təqdim edib.

Rusiya prezidenti V.Putin həmçinin dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşünün planlaşdırıldığını bildirib.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930