ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda DƏHŞƏT: qardaş bacısının başını kəsdi - CİNAYƏT İŞİ AÇILIB - YENİLƏNİB

Baxış Sayı:211

Azərbaycanda DƏHŞƏT: qardaş bacısının başını kəsdi - CİNAYƏT İŞİ AÇILIB - YENİLƏNİB

Vəhşicəsinə öldürülən gənc qız əvvəllər də zorakılığa məruz qalıb.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz “Facebook” profilində paylaşıb. O, etdiyi paylaşımda 20 yaşlı Aytənin əvvəllər də zorakılığa məruz qaldığını və dəfələrlə sığınacaqda qalmasını təklif etdiyini bildirib. Kəmalə Ağazadə həmçinin baş verən dəhşətli qətl ucbatından daha bir körpə uşağın da anasız qalamsını ürək ağrısı ilə qeyd edib.

***

saat: 09:49

Abşeronda baş verən dəhşətli qətllə bağlı cinayət işi açıldı.

Bu barədə Lent.az -a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

K.Zeynalovun verdiyi məlumata görə, hadisə noyabrın 24-də saat 17 radələrində baş verib. Belə ki, prokurorluğa 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi ilə bağlı məlumat daxil olub. Bu məlumat əsasında polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla müəyyən edilib ki, Babək Fərzalıyev bacısı A.Fərzalıyevanı məzarlıqda qətlə yetirib. Belə ki, 20 yaşlı bacı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət etməyə gedib. Bu zaman böyük qardaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə qanla bitib. Qardaş özü ilə gətirdiyi bıçaqdan istifadə edərək bacısının boğazını kəsib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən bacısını qətlə yetirdiyini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR