atatv.az
atatv.az

Neftin qiyməti son 2 ayın maksimumuna yüksəlir

25-11-2019, 11:44

Neftin qiyməti son 2 ayın maksimumuna yüksəlir

Neftin qiyməti son 2 ayın maksimumuna yüksəlir.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalması, eləcə də ABŞ və Çin arasındakı ticari razılaşmaya dair prosesin irəliləməsi fonunda son 2 ayın maksimum səviyyəsinə yaxınlaşıb.

Neftin qiyməti oktyabrın əvvəlindən indiyədək təxminən 10 faiz artıb.

Ekspertlərə görə, növbəti həftə keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yığıncağında OPEC və başda Rusiya olmaqla digər qeyri-OPEC hasilatçı ölkələr neft istehsalının azaldılmasına dair sazişin müddətini 2020-ci ilin iyununa qədər artıra bilərlər. Bu, neftin qiymətinə yuxarı istiqamətli təzyiq göstərir.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,66 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,96 dollara satılır.

Qeyd edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930