atatv.az
atatv.az

Sədr təyin olunan Valeh Ələsgərov kimdir? - DOSYE

25-11-2019, 17:40

Sədr təyin olunan Valeh Ələsgərov kimdir? - DOSYE

Valeh Ələsgərov 2015-ci il noyabrın 24-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.

Atatv.az bildirir ki, Prezident İlham Əliyev Valeh Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunan Valeh Ələsgərovun tərcümeyi-halını təqdim edirik:
O,1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.

1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Bitərəfdir.
2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.
Evlidir, 4 övladı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031