atatv.az
atatv.az

Tramp bəraət alan hərbi cinayətkarları kampaniyasına cəlb edir

26-11-2019, 10:47

Tramp bəraət alan hərbi cinayətkarları kampaniyasına cəlb edir

ABŞ Prezidenti Donald Tramp seçki kampaniyasında əfv etdiyi hərbi cinayətkarlardan istifadə etmək niyyətindədir.

TASS xəbər verir ki, Tramp ittiham olunduqları hərbi cinayətlərdən bəraət almış hərbi qulluqçuların seçki kampaniyasında xüsusi qonaq qismində iştirak edə biləcəyini düşünür.

Məlumata görə, Tramp əfv olunmaları hətta onun ən yaxın tərəfdarları tərəfindən belə birmənalı qarşılanmayan şəxsləri – Klint Lorans, Metyu Qolstin və Edvard Qallaqeri öz kampaniyasında görmək istəyib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrın 3-nə nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930