atatv.az
atatv.az

Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb,

29-11-2019, 16:07

Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb,

AtaTv.az a daxil olan məlumata görə Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, hazırda tullantı sutəmizləyici qurğuda son tamamlama işləri aparılır.

Məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi təmizləyici qurğu, kompressor və anbardan ibarətdir. Qurğunun girişində iri və xırda barmaqlıqlar, qumtutucular inşa edilib və avadanlıqların quraşdırılmasına hazırlıq görülür. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub. Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Ağcabədi şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankının birgə layihəsi çərçivəsində şəhərin içməli su təchizatı infrastrukturu yenidən qurulub. Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərədək 30 km magistral su xətti və ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihəyə uyğun olaraq şəhərdə 214 km içməli su və 192 km kanalizasiya şəbəkələri yaradılıb, 8 mindən çox abonentə birləşmə verilib. Ağcabədi şəhərində icra olunan layihədən 45 minədək sakin faydalanıb.

“Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağcabədi şəhəri ilə yanaşı, Ağdaş, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində də belə qurğular inşa olunur.

Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb,
Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb,
Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb,
Cəbhəyanı bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb,






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930