atatv.az
atatv.az

Sahil Babayev bu vəzifəsindən azad edildi

29-11-2019, 17:16

Sahil Babayev bu vəzifəsindən azad edildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru vəzifəsindən kənarlaşdırılıb.

"Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə S.Babayevin yerinə Ruslan Rüstəmli təyin edilib.

Təyinat ötən gün reallaşıb.

R.Rüstəmli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktorudur. O həmçinin 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə alternativ direktordur. Direktor Bankda Azərbaycanla yanaşı Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edir.

Xatırladaq ki, "Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Dünya Bankı ilə Azərbaycan Hökumətinin "Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində birgə həyata keçirdiyi layihədir. Ümumilikdə 5 komponentdən ibarət olan layihə üzrə müqavilə 2009-cu ilin mayın 20-də imzalanıb.

Layihə üzrə vəsaitlər Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən ayrılıb. Azərbaycan hökuməti isə vəsaitin bir hissəsini və ƏDV öhdəçiliyini yerinə yetirməyi üzərinə götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031