atatv.az
atatv.az

Bakıda bu məktəbdə TƏHLÜKƏ - şagirdlər müvəqqəti digər təhsil müəssisəsinə KÖÇÜRÜLDÜ

3-12-2019, 15:21

Bakıda bu məktəbdə TƏHLÜKƏ - şagirdlər müvəqqəti digər təhsil müəssisəsinə KÖÇÜRÜLDÜ

"Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb”.

Atatv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.


Korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub: "Bu baxımdan 35 nömrəli tam orta məktəbdə bərpa-gücləndirmə və ya sökülüb yenidən tikilmə işlərinin aparılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər gedir. Bununla əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə məktəb kontingentinin yaxın məsafədə yerləşən 34 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq yerləşdirilməsi məqsədəuyğun hesab edilib.

Ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu kimi tədbirlər zamanı dərs prosesinin müvafiq proqram çərçivəsində davam etdirilməsi diqqət mərkəzində saxlanılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031