atatv.az
atatv.az

Kilian Mbappe PSJ-dən GEDİR?

4-12-2019, 10:38

Kilian Mbappe PSJ-dən GEDİR?

PSJ-nin hücumçusu Kilian Mbappenin gələcək taleyi hələ də sual altındadır.

Redaktor.az-ın məlumatına görə, 20 yaşlı futbolçu karyerasını harada davam etdirəcəyinə cari mövsümün sonunda qərar verəcək.

Forvard Paris təmsilçisi ilə müqavilənin müddətini uzatmağı nəzərdən keçirsə də, qəti qərar verməyə tələsmir. Madrid "Real"ının maraq dairəsində olan Fransa yığmasının qolçusu yayda Avropa çempionatından əvvəl qərarını açıqlayacaq.

Qeyd edək ki, PSJ-nin "Monako"dan 180 milyon avroya transfer etdiyi Kilian Mbappenin klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.//Apa.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930