atatv.az
atatv.az

Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

4-12-2019, 14:19

Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 11 dekabr 2019-cu il tarixində Şirvan şəhərində Şirvan və Hacıqabuldan olan vətəndaşları qəbul edəcək. 13 dekabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

Qəbullar Şirvan şəhərindəki Gənclər Mərkəzində, Sabirabad və Salyan şəhərlərindəki Heydər Əliyev mərkəzlərində keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031