atatv.az
atatv.az

Cəfər Cabbarlı meydanı boşaldılır - TƏFƏRRÜATLAR

4-12-2019, 15:44

Cəfər Cabbarlı meydanı boşaldılır - TƏFƏRRÜATLAR

Bakının "28 May” metrostansiyasi yaxınlığına yerləşən Cəfər Cabbarlı meydanı boşaldılır.

"Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, sözügedən meydanda "fast food" yeməkləri satan iki səyyar obyektdən biri götürülüb, digəri isə bağlıdır. Xırda alverlə məşğul olan səyyar ticarətçilər də yoxdur.

Meydandakı qəzet köşkündən bəzilərinin satıcıları təsdiq etdi ki, onlara dekabrın 10-dək ərazini tərk etməyə vaxt verilib. Satıcılardan biri isə dedi ki, Bakı Nəqliyyat Agentliyi (BNA) meydanda yenidənqurma işi aparacaq. Bildirilib ki, BNA növbəti Nəqliyyat Mübadilə Mərkəzini Cəfər Cabbarlı meydanı ətrafında yaratmağı planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031