atatv.az
atatv.az

Heç bir iş görməyən deputatlar hər ay bu qədər maaş alacaqlar - TAM SİYAHI

5-12-2019, 16:30

Heç bir iş görməyən deputatlar hər ay bu qədər maaş alacaqlar - TAM SİYAHI

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmaması barədə Qərarını elan edib.

Qərarda qeyd olunur ki, Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Yeniavaz.com xəbər verir ki, Konstitusiya Məhkəməsinin Qərarına əsasən Milli Məclis bundan sonra yalnız hərbi və fövqəladə vəziyyətin tətbiq edilməsi, müharibə elan edilməsi və sülh bağlanmasına razılıq verilməsi kimi səlahiyyətlərə sahib olacaq. Qeyd olunan fəaliyyətlərdən başaq Milli Məclisin bütün səlahiyyətləri sona çatıb.

Milli Məclis qeyd olunan səlahiyyətlərini saxladığı üçün millət vəkilləri bundan sonra heç bir iş görməsələr də növbəti çağırış fəaliyyətə başlayana qədər əmək haqqı aılmağa davam edəcəklər.

Məlumat üçün bildirək ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir.

Qanunun 21-ci maddəsinə əsasən Milli Məclis üzvlərinin ay ərzində aldıqları vəsait aşağıdakı kimidir:

Milli Məclisin sədri - 6187 manat 50 qəpik

Milli Məclis sədrin I müavini - 5 940 manat

Milli Məclis sədrinin müavini - 5 610 manat

Milli Məclisin komitə və komissiya sədri - 5 280 manat

Komitə və komissiya sədrinin müavini - 4 950 manat

Sıravi deputat - 4 620 manat






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930