atatv.az
atatv.az

Gəncədə 10 mindən artıq ağac əkilib

6-12-2019, 14:20

Gəncədə 10 mindən artıq ağac əkilib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə ağacəkmə aksiyası keçirilib. “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən aksiya zamanı Gəncədə 10 mindən artıq ağac əkilib.

Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, habelə tələbə gənclər iştirak ediblər. Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məğbərəsi ətrafında 10 mindən artıq Eldar şamı və dekorativ ağaclar əkilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olunub. Nəsimi ili çərçivəsində Respublika ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü keçirilən ən böyük tədbirlərdən biridir. “Respublikanın bütün bölgələri bu aksiyaya qoşulub. Bu gün ərzində 650 mindən çox ağacın əkilməsi nəzərdə tutulsa da, bizim hesablamalarımıza görə bu say daha çox olacaq”, - deyə nazir müavini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü aksiya iştirakçıları tərəfindən müsbət qarşılanıb. Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, bu təşəbbüsün çox böyük əhəmiyyəti var: “Kütləvi şəkildə keçirilən bu aksiya həm görkəmli mütəfəkkir, şair İmadəddin Nəsimi irsinin təbliği, dünyada tanıdılması, həm də ətraf mühitin yaşıllaşdırılması baxımından olduqca əhəmiyyətlidir”.

Aksiyada tələbə gənclər də böyük həvəslə iştirak ediblər. Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyin Bədəlov: “Ətraf mühiti qorumaq və onu yaşıllaşdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Bu gün bir gənc olaraq mən də təbiətə öz töhfəmi verərək ağacəkmə aksiyasında iştirak etdim və bununla fəxr edirəm”.

Gəncə Dövlət Universitetinin tələbəsi Arif Ənnəğıyev: “Bu gözəl təşəbbüsün iştirakçısı olmaq bizi sevindirir. Bu gün əkilən ağaclar həm şəhərimizin yaşıllaşmasına xidmət edəcək, həm də oksigen ehtiyatının artmasına töhfə olacaq”.

Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasənda ifasında müxtəlif musiqi parçaları səsləndirilib, Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunu

AtaTv.az

Gəncədə 10 mindən artıq ağac əkilib
Gəncədə 10 mindən artıq ağac əkilib
Gəncədə 10 mindən artıq ağac əkilib
Gəncədə 10 mindən artıq ağac əkilib
Gəncədə 10 mindən artıq ağac əkilib
Gəncədə 10 mindən artıq ağac əkilib
Gəncədə 10 mindən artıq ağac əkilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031