atatv.az
atatv.az

Azərbaycanda kişilər son 29 ilin rekordunu qırdı

7-12-2019, 11:19

Azərbaycanda kişilər son 29 ilin rekordunu qırdı

Azərbaycanda rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi artıb.

Atatv.az oxu.az-a istinadən xəbər verir ki, rəsmi nikaha daxil olan kişilər arasında ən yüksək orta yaş həddi 2018-ci ildə qeydə alınıb.

Belə ki, bu, son 29 il ərzində qeydə alınan ən yüksək yaş həddidir. 2018-ci ildə nikaha daxil olan kişilərin orta yaşı 29, qadınlar da isə 24 olub.

Aparılan statistikaya görə, ölkədə 1996-2009-cu illərdə kişilər üçün orta nikah yaşı 28,6 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb və həmin ildə rəsmi nikaha girən kişilər arasında orta yaş həddi 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib.

2018-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan qadınlar arasında da orta nikah yaşı artıb. Belə ki, 1991-2011-ci ilə qədər ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaş həddi 23 olduğu halda, 28 il sonra ötən il bu yaş həddi 24-ə çatıb. Qeyd edək ki, bu göstərici həm də 1990-cı il üzrə də qeydə alınıb.

Birinci nikaha daxil olan kişi və qadınların orta yaş həddində də müəyyən qədər artım müşahidə olunub. Belə ki, 20 il əvvəl ilk dəfə nikaha daxil olan kişilər arasında orta yaş həddi 25-26, qadınlar arasında isə 22-23 olub. 2000-2018-ci ildə isə ilk dəfə nikaha daxil olan kişilər arasında orta yaş həddi 28, qadınlarda isə 24 olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031