atatv.az
atatv.az

Niyazi Bayramov Rus İcmasının nümayəndə heyəti ilə görüşüb

7-12-2019, 13:31

Niyazi Bayramov Rus İcmasının  nümayəndə heyəti ilə görüşüb



















Görüşdə Rus İcmasının sədri Mixail Zabelin, sədr müavini Boris Voronin, Qərb region üzrə Rus İcmasının sədri Valeri Kozin iştirak edib. Niyazi Bayramov Rus İcmasının 20 illik fəaliyyəti münasibətilə onlarıb təbrik edib. Görüşdə Rusiya və Azərbaycan xalqları arasında tarixən yaranmış sıx dostluq əlaqələrindən, Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasından söhbət açılıb. Bildirilib ki, hazırda ölkə başçısı İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva tərəfindən bu ənənələr daha da inkişaf etdirilir. Bu gün Azərbaycanda yüz minlərlə rus yaşayır və onların kompakt yaşayış məskənləri qorunmaqdadır. Bu da onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür.
Daha sonra Mixail Zabelin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Azərbaycanın Rus İcmasının Respublika Şurası adından şəhər və bölgələrdəki rus icmasına göstərdiyi diqqət və qayğıya görə “Təşəkkürnamə” təqdim edib.
Görşdən sonra Rus İcmasının 20 illik fəaliyyətinə hər edilən 4-cü hesabat və seçki konfransı baş tutub. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Rus İcmasının sədri Mixail Zabelin, sədr müavini Boris Voronin, Gəncə Şəhər İcra Hakimiyyəti başçsının müavini Vəfa Abbasova və digərləri iştirak ediblər.
Konfransı giriş sözü ilə Qərb regionu üzrə Rus İcmasının sədri Valeri Kozin açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasın idarə heyətinin üzvü, Göygöl bölgəsinin Rus icmasının sədri Albert İsmayılov məruzə ilə çıxış edərək görülən işlərdən danışıb.
Sonda icmanın idarə heyətinin yeni üzvləri seçilib. Valeri Kozin yenidən Gəncə və Qərb bölgəsinin Rus icmasının sədri seçilib.
Konfransda Rus icmasının dekabrın 14-də Bakıda keçiriləcək 5-ci konfransına da nümayəndələr seçilib.
AtaTv.az
Niyazi Bayramov Rus İcmasının  nümayəndə heyəti ilə görüşüb
Niyazi Bayramov Rus İcmasının  nümayəndə heyəti ilə görüşüb
Niyazi Bayramov Rus İcmasının  nümayəndə heyəti ilə görüşüb
Niyazi Bayramov Rus İcmasının  nümayəndə heyəti ilə görüşüb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031