atatv.az
atatv.az

Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb

9-12-2019, 12:13

Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlər görüşüb, onların problemləri ilə yerində maraqlanıb. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşə gələn vətəndaşlar onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər əsasən işlə təminat, mavi yanacağın verilməsində yaranan problemlər, su sayğacının quraşdırılması, məhəllədaxili yolların asfaltlanması və s. ilə bağlı olub.

Niyazi Bayramov bildirib ki, bir neçə ay ərzində Gəncənin 100-dən çox küçəsinin asfalt örtüyü, 50-dən artıq binanın dam örtüyü, 20-dən artıq binanın fasadı yenilənib. Bütün bunlarla bərabər Gəncə şəhər Kəpəz və Nizami rayon bələdiyyələri ilə birlikdə nümunəvi məhəllələrin yaradılmasına başlanılıb.

Görüşdə səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Sakinləri narahat edən məsələlərin bir çoxu yerində araşdırılıb, onların həlli istiqamətində müvafiq addımlar atılıb.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görüşdə iştirak edən şəhər sakininin müraciəti əsasında onun mənzilində olub. Vətəndaşın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, habelə onun müvafiq işlə təmin olunması istiqamətində tapşırıqlar verib.

Müraciətləri dinlənilən Qarabağ əlili və şəhid ailələrinin də problemləri yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, sakinlərlə görüşlər ölkə başçısı, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında təşkil olunur. Məqsəd vətəndaşları narahat edən məsələləri öyrənmək və onları aradan qaldırmaqdı

AtaTv.az
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb
Niyazi Bayramov sakinlərin problemləri ilə yerində maraqlanıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031