atatv.az
atatv.az

Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub

9-12-2019, 14:10

Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub
Hanoyda Vyetnam Baş nazirinin müavini, Xarici İşlər naziri Pham Binh Minhin həyat yoldaşı, səfir xanım Nquyen Nquyet Nqanın himayəsi ilə "Beynəlxalq qida festivalı-2019" adı ilə ənənəvi xeyriyyə yarmarkası keçirilib.

Hanoydakı səfirliyimizdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın da təmsil olunduğu və 120 pavilyonun fəaliyyət göstərdiyi yarmarkada Vyetnamın Xarici İşlər Nazirliyi, ölkənin Xalq Komitələrinin xarici işlər idarələri, Vyetnamın xarici mədəniyyət mərkəzləri, Hanoyda akkreditə olunmuş diplomatik korpus, habelə qeyri-hökumət təşkilatların nümayəndələri iştirak ediblər.

Ölkələr arasında mədəni mübadilənin və qarşılıqlı anlaşmanın təşviqi məqsədini daşıyan yarmarkada milli pavilyonumuzun tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını əks etdirən şəkillərdən istifadə olunub. Yarmarka zamanı Azərbaycana xas milli suvenirlər, ölkəmizdə istehsal olunan çaylar, səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və digər təbliğat materialları nümayiş etdirilib. Bundan başqa, Azərbaycan mətbəxinin ləziz nümunələri iştirakçılara təqdim olunub.

Vyetnam Xarici İşlər nazirinin müavini Danq Minh Khoi xeyriyyə fəaliyyətinə dəstəyə görə Azərbaycan səfirliyinə Vyetnam XİN-nin təşəkkür sertifikatını təqdim edib.

Yarmarkadan yığılan maliyyə vəsaiti Vyetnam Xarici İşlər Nazirliyinin həyata keçirdiyi müxtəlif xeyriyyəçilik fəaliyyətinə sərf olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031