atatv.az
atatv.az

SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var

9-12-2019, 15:40

SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

FHN-dən Atatv.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031